Britaniyanın 20-dək müxtəlif məntəqəsində səsucaldanlarla birgə TV kameralarının quraşdırılması nəzərdə tutululub

Britaniyanın 20-dək müxtəlif məntəqəsində səsucaldanlarla birgə TV kameralarının quraşdırılması nəzərdə tutululub

Məqsəd nizam qaydalarını pozanları tez xəbərdar etməkdir.

Ideya ondan ibarətdir ki, TV kameralarının idarə mərkəzində oturanlar bu kameralar vasitəsi ilə vəziyyətə nəzarət edir və qaydalar pozulduqda səsucaldanlarla xəbərdarlıq edirlər.

Məsələn, zibili hara gəldi atanları bu üsulla ətrafı zibilləməməyə çağıracaqlar və yaxınlıqdakı zibil qutusunu yerini göstərəcəklər.

Barry Coppinger bu sistemin işini Midlsboro məntəqəsində aparılmış sınaq zamanı müşahidə edib.

"Bundan əvvəl biz gün ərzində şəhər mərkəzinə 6 dəfə baş çəkirdiksə, yeni sistem quraşdırıldıqdan sonra bunu 4 dəfə edirik. CCTV kameralarından istifadə etməyə başladıqdan sonra aydın oldu ki, yeni sistem ictimai yerlərdə xuliqanların dava salmasının, camaatın zibili hara gəldi atmasının, müxtəlif pozucu ünsürlərin ziyan vurmaq niyyətinin qarşısını almaqda kömək edir".

Yeni sistemin tənqidçiləri kameralar vasitəsi ilə insanların izlənməsindən narazıdırlar. Lakin hökümət hesabatlarında bildirilir ki, camaat artıq xuliqanların və ziyanvericilərin əlindən bezib.

Yeri gəlmişkən, bir çox digər ölkələrdən fərqli olaraq sıravi britaniyalılar CCTV tipli kameraların onları izləməsindən narahat deyil.

Bunun səbəbləri müxtəlifdir. Belə ki, onilliklər ərzində Britaniyada küçələrdə terrorçular bomba partladıb, bu yaxınlarda isə cinayət işlərinin təhqiqatında kameralar faydalı olub.

İnsanların çoxu kameraların müşaiyəti altında özlərini daha təhlükəsiz hiss edirlər, yaxudda ən azı, onlar güman edirlər ki, ictimai yerlərdə vəziyyətə nəzarət edən var.